Noyabrın 19-da Səudiyyə Ərəbistanında yağan leysan yağışlar nəticəsində yaşayış məntəqələrini su basıb. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, təbii fəlakət nəticəsində 4 nəfər həlak olub, 10 sakin isə itkin düşüb.
Mənbə bildirib ki, krallığın paytaxtı Ər-Riyadda 2 nəfər həlak olub, 7 sakin isə İtkin düşüb.
Yeri informasiya vasitələrinin məlumatına əsasən, xilasedicilər 1357 nəfəri xilas edib.
Mülki Müdafiənin təmsilçiləri Ər-Riyad sakinlərini çaylardan və subasan tunellərdə uzaq durmağa çağırıblar.
Məktəblər və universitetlər 2 gündür qapadılıb. Leysan yağışlar praktik olaraq, 5 milyonluq paytaxtı iflic edib.