Səudiyyə kralı vəfat edib?
28 may 2013 21:29 (UTC +04:00)

Səudiyyə kralı vəfat edib?

 

Səudiyyə Ərəbistanının kralı Abdulla bin-Əbdül Əziz əl-Səudun bir həftədən artıqdır klinik ölüm halında olduğu haqda xəbər yayılıb.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, qoşulmuş uyğun tibbi aparatların yardımı ilə mövcudluğunu saxlayıb.

Müalicə həkimləri 89 yaşlı kralı həyatı vacib orqanlarının fəaliyyətini qurğular vasitəsi ilə bərpa ediblər. Ürək, ağ ciyər və böyrəkləri demək olar ki, funksiyasını yerinə yetirə bilmir. Yerli və bir sıra xarici ölkə informasiya vasitələri kralın vəfat etdiyini bildirib.

Mənbə bildirib ki, kralın vəfatı ilə bağlı son zamanlar ölkə mətbuatında tez-tez  xəbərlər yayılır.

Səudiyyə krallığı rəsmi isə hələlik kralın vəziyyəti ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, kral Fəhd vəfat etdikdən sonra 2005-ci ildə hakimiyyətə gələn kral Abdulla 2012-ci ildə öz varisinin adını elan edib. Bu şahzadə Səlimdir. O, hazırda baş nazir vəzifəsini daşıyır. Kral Abdulladan 13 yaş kiçikdir, 76 yaşı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147
avatar

Oxşar yazılar