Səudiyyə Ərəbistanının dövlət müəssisələri, o cümlədən krallığın İnformasiya Resursları Nazirliyi əlaqələndirilmiş halda hakerlərin hücumuna məruz qalıb.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, sındırılmış saytlarda Əlcəzairin bayrağı yerləşdirilib. Əlcəzair, yaxud başqa haker qruplardan məsələyə aydınlıq gətirilməyib.
Rəsmi interner –resursları ilə yanaşı, hakerlər «Al-Ekhbariya» informasiya agentliyi, «Al-Riyadiyah» və «Channel One» telekanalları, eləcə də «Quran Radio»-nun təchizatına yol tapa biliblər.
Kral Fəhd adına Mədəniyyət Mərkəzinin infrastruktur şəbəkəsi də hücum nəticəsində xəsarət alıb.
Bu il mayın əvvəlində hakerlər krallığın Daxili İşlər Nazirliyinin saytına hücum etmişdi.