Son günlər Səudiyyə Ərəbistanında yağın leysan yağışlar selə nəticələnib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatıнa görə, azı 14 nəfər təbii fəlakətin qurbanı olub. Bir neçə nəfər isə İtkin düşüb. Minlər sakin yaşadığı evi tərk edə bilməyib. Ali təhsil ocaqları bağlanıb.
Yüzlərlə yol-nəqliyyat hadisəsi törədilib.
Sərnişin təyyarəsi paytaxt Ər-Riyadda qəza enişi edib. Buna səbəb pilotların kabinəsindəki şüşəni ildırımın vurması göstərilib.
Krallığını əhalisi leysanı 3 il öncə Ciddədə yağan öldürücü yağışlarla müqayisə ediblər. Onların dediyinə görə, hakimiyyət baş verənlərdən hələ də nəticə çıxarmayıb.