Səudiyyə Ərəbistanı qanunsuz mühacirləri ölkədən qovur
Səudiyyə Ərəbistanı qanunsuz mühacirlərin aşkarlanması ilə bağlı reydlər keçirməyə başlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, əmək mühacirləri ilə bağlı elan edilmiş amnistiyanın möhlət müddəti başa çatıb. Bu yöndə yeni qaydalar qüvvəyə minib.
Mənbə bildirib ki, milyona yaxın banqladeşli, filippinli, hindli, nepallı, pakistanlı və yəmənliyə tətbiq edilən möhlət müddəti noyabrın 3-də başa çatıb. Onlar 3 ay ərzində ölkənin tərk etməli imiş.
4 milyon mühacirə isə işləmək üçün uyğun icazə verilib.
İndoneziya hakimiyyəti bildirib ki, 3 min vətəndaşı Ciddədə xüsusi mərkəzdə saxlanılır və deportasiya ediləcəklərini gözləyir.
Səudiyyə Ərəbistanı ərəb dövlətləri arasında neftə görə ən güclü iqtisadiyyata malikdir. Hakimiyyəti krallıqdakı 12 faizlik işsizliyin səviyyəsini yerli əhalinin hesabına aradan qaldırmağa cəhd göstərir.