Hindistanın Andxra-Pradeş ştatında yol qəzası nəticəsində ən azı 40 nəfər ölüb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, sərnişin avtobusu benzindaşıyan maşınla toqquşduqdan sonra yanıb.
İnsident yerli vaxtla gecə saat 5-də baş verib. Yerli turist şirkətinə məxsus avtobus Banqalordan Heydərabad ştatının paytaxtına 50 nəfər daşıyırmış. Sürücü ilə birgə yalnız 7 sərnişin xilas ola bilib.
Qeyd edək ki, Hindistan mətbuatı qəzanın avtobus sürücüsünün ötmə cəhdi zamanı baş verdiyini yazıb. Benzindaşıyan maşınla toqquşma baş verərkən, sərnişinlərin çoxu yatırmış.