Çexiyadan olan turistləri aparan avtobus Serbiyada yol nəqliyyata qəzasına düşüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay nəticəsində sərnişinlərin üçü ağır, ikisi isə yüngül yaralanıb.
Çexiya Xarici İşlər Nazirliyi mətbuat katibi İoanna Qroxova bildirib ki, avtobus turistləri Türkiyədən Çexiyaya aparırmış. Qəza Serbiyanın Belqrad –Niş avtomobil yolunda baş verib. Avtobus odun daşıyan yük avtomoili ilə toqquşub. Hadisə baş verəndə avtobusda 17 sərnişin olub.
«Xəsarət alanların hamısı Çexiya vətəndaşıdır. Üç ağır yaralı Belqrada xəstəxanaya yerləşdirilib»- deyə, İ.Qroxova bildirib