Kosovo hakimiyyəti Serbiyanın rəsmi şəxslərinin respublikaya gəlməsini yasaqlayıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Kosovo baş nazirinin müavini Xeyrəddin Kuçi açıqlama verib.
«Serbiya Respublikası rəsmi şəxslərinin Kosovoya səfəri oktyabrın 3-dən noyabrın birinədək yasaqlanıb. Bu qadağa seçkilər başa çatdıqdan sonra ötürüləcək»-deyə, hökumət təmsilçisi bildirib.
Mənbə xatırladıb ki, noyabrın 3-də Kosovoda yerli qurumlara seçkilər keçiriləcək. Bu siyasi kampaniyaya etnik serblərin ilk dəfə qatılacağı planlaşdırılıb.
Bununla əlaqədar rəsmi Priştina Serbiyanın baş naziri İvits Daçiçin Kosovoya səfərinə icazə verməyib. O, Kosovonun cənubundakı Ştrptsi şəhərindəki seçkiqabağı kampaniyanın başlaması münasibəti ilə keçiriləcək təntənəli mərasimə qatılmaq istəyib.