ABŞ Senatının xarici işlər üzrə komitəsi Suriyada hərbi əməliyyatın müddətini bir ay artırmaqla 60 gün təklif edir.
Lent.az-ın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, bu xəbəri «Politico» qəzeti dərc edib.
Bundan başqa, senatorların təklif etdiyi qətnamə layihəsində yerüstü əməliyyatların aparılmasına qadağa qoyulub.
Qeyd edək ki, ABŞ Senatının xarici əlaqələr komitəsi qətnaməni artıq bu gün səsverməyə çıxaracaq, Senat və Nümayəndələr Palatası isə tam heyətlə sentyabrın 9-dan sonra məsələnin müzakirəsinə başlayacaq.