Səfir evində baş vermiş partlayışda öldü
02 yanvar 2014 14:51 (UTC +04:00)

Səfir evində baş vermiş partlayışda öldü

Fələstinin Çex Respublikasındakı səfiri Camal Məhəmməd Camal evində baş verən partlayış nəticəsində ölümcül xəsarətlər alıb.

 

APA-nın “İTAR-TASS”a istinadən xəbərinə görə, Praqadakı hərbi hospitala yerləşdirilən diplomatın həyatını xilas etmək mümkün olmayıb.

 

Olay yerinə baş çəkən Çex Polisinin prezidenti Martin Çerviçek hadisənin terror aktı ola biləcəyini istisna edib. Bununla belə, yerli mətbuat partlayışın səfirin seyfində olan patronun partlaması nəticəsində meydana gələ biləcəyini də yazır.

 

Qeyd edək ki, Camal Məhəmməd Camal 2013-cü ilin oktyabr ayında etimadnaməsini Çexiya prezidenti Miloş Zemana təqdim etdikdən sonra səfir kimi fəaliyyətə başlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2005
avatar

Oxşar yazılar