İraqın sabiq prezidenti Səddam Hüseynin “Ruger M77” markalı əfsanəvi tüfəngi ABŞ-da “Rock Island Auction ” auksionunda hərraca çıxarılıb.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, silah 7,5-15 min dollar civarında qiymətləndirilir.
Auksion 13-15 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, Səddam Hüseynə bu tüfəngi 16 yanvar 1993-cü ildə Səudiyyə Ərəbistanının kralı hədiyyə edib. Polad və qoz ağacından hazırlanmış tüfəngin gövdəsində Səddam Hüseynin adı və hədiyyənin verildiyi tarix yazılıb. Tüfəng 2004-cü ildə Bağdadda Prezident Sarayı ABŞ ordusu tərəfindən tutularkən götürülüb və daha sonra Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim olunub. Tüfəng hazırkı sahibinə ABŞ kəşfiyyatında 29 il çalışdıqdan sonra pensiyaya çıxması münasibətilə ilə hədiyyə qismində verilib.