ABŞ-ın müdafiə naziri Çak Heygel israilli həmkarı Moşe Yaalonla birlikdə İranın seçkidən sonrakı istənilən sayaq davranışına qarşılıq verməyə hazır olduqlarını bildiriblər.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, İslam Respublikasında prezident seçkisi keçirildiyi gün, iyunun 14-də onlar Vaşinqtonda görüşüb.
Onlar İranda keçirilən prezident seçkisini, İran tərəfindən yaranacaq təhlükələrdən danışıb, istənilən davranışa qarşılıq verməyə hazır olduqlarını bildiriblər.
Nazirlər Bəşar Əsəd rejiminin müxalifətə qarşı kimyəvi silahı tətbiqini də mühakimə ediblər.