Şaxta - Rusiyada hakim rejim
19 dekabr 2012 07:46 (UTC +04:00)

Şaxta - Rusiyada hakim rejim

Rusiya ərazisinin yarısından çoxu anomal soyuqların «hakimiyyəti» altındadır.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, yerli meteoroloqlar 1938-ci ildən bəri dekabrda belə aşağı temperaturun qeydə alınmadığını bildirib.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, son günlər şaxtadan xəsarət alan rusiyalılarına sayı 322 nəfərdir. Onların 175 –i xəstəxanaya yerləşdirilib, 29-u isə həlak olub.

Məlumata əsasən, Ukraynada da havaların soyuq keçir. Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, dekabrın1-18 arası 37 ukraynalı soyuqdan və donvurmadan həyatını itirib. 190 nəfər xəsarət alıb, onları 162-i xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1592

Oxşar yazılar