Sarkisyanı şoka salan xəbər
06 iyul 2013 10:47 (UTC +04:00)

Sarkisyanı şoka salan xəbər

Moskvadakı erməni icmasının Qəyyumlar Şurasının sədri həbs edilib

 

 

Moskvadakı erməni icmasının Qəyyumlar Şurasının sədri Sarkis Asatryan həbs edildiyi məlum olub.

 

Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, Sarkis Asatryan həm də Ermənistan Gənclər Partiyasının sədridir.

 

Sarkis Asatryan böyük həcmdə narkotik vasitə saxlamaqda şübhəli sayılır. Sarkis Asatryan hazırda Lefortovo həbsxanasında saxlanılır. Sarkis Asatryanın həbsi Ermənistan hakimyiyəti üçün şok xəbər olub.  Ermənistan mətbuatı yazır ki, Sarkis Asatryanı Moskvaya dəvət edən və onu erməni icmasının Qəyyumlar Şurasına sədr seçilməsini təmin edən Norik Tevanyan adlı şəxsdir. Norik Tevanyan Rusiyadakı erməni icmasının nüfuzlu nümayəndələrindən biridir və Ermənistan prezidenti Serj Sərkisyanın, Ermənistanın baş prokuroru Ovik Abramyanın yaxın dostudur. Sarkis Asatryanın həbsindən bir həftə sonra xəbər tutan Ermənistan hakimiyyəti hazırda onun azadlığa buraxılmasına çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Oxşar yazılar