San-Fransisko hava limanında «Boeing -777» qəzaya uğradıqdan sonra ora bağlanıb, bütün reyslər təxirə salınıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, hava limanının mətbuat xidmətinin «Tvitter» səhifəsində bildirilib:«Bütün reyslər dayandırılıb. Bəzi reyslər isə başqa hava limanlarına göndərilib».
Xatırladaq ki, «Asian» şirkətinə məxsus təyyarə ABŞ-ın San-Fransisko hava limanında eniş edərkən qəzaya uğrayıb. Məlumata əsasən, «Boeing 777» Taybeydən uçub. Eniş zamanı təyyarə yanıb.
Qəza nəticəsində 2 sərnişin həlak olub, 48 nəfər ciddi xəsarət alıb.
Məlumata əsasən, San-Fransiskoda qəzaya uğramış «Boeing 777»-də 290 sərnişin olub.