Salehi gəzlənilmədən Dəməşqə gedib
08 may 2013 04:03 (UTC +04:00)

Salehi gəzlənilmədən Dəməşqə gedib

İranın xarici işlər naziri Ələkbər Salehi gözlənilmədən Dəməşqə səfər edib.

 

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, iranlı diplomat Suriyaya Ammandan, İordaniya kralı I Abdulla və ölkənin xarici işlər naziri Nəsir Cudehlə görüşdən sonra gedib.

 

İordaniyada keçirdiyi mətbuat konfransında o, deyib: «Ərəb Milli Dəməşqdə öz qardaşlarının yananda olmalıdır. Bəşar Əsəd rejimi kollaps vəziyyətində olarsa, ölkədə siyasi vakuum  yaranacaq. Bu isə bütün ərəb dövlətləri üçün xoşagəlməz sonuclar verə bilər.

 

Biz Suriyaya istənilən xarici hərbi müdaxiləyə qarşıyıq.Ancaq suriyalılar öz talelərini həll edə bilər. «Əl-Qaidə», «Cəbhat ən-Nusra» Suriya torpaqlarında terror cinayəti törədir».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675
avatar

Oxşar yazılar