Salehi 3 il öncəki vəzifəsinə qaytarılıb
16 avqust 2013 23:09 (UTC +04:00)

Salehi 3 il öncəki vəzifəsinə qaytarılıb

İranın keçmiş xarici işlər naziri Ələkbər Salehi prezident Həsən Ruhaninin sərəncamı ilə ölkənin Atom Enerji Təşkilatının direktoru təyin edilib.

 

 

Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, o,1997-2005-ci illərdə İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə təmsilçisi olub. 2007-2009-cu illərdə isə Ə.Salehi İslam Əməkdaşlıq Təşkilatında baş katibin müavini vəzifəsini daşıyıb. 2009-2010-cu illərdə isə İranın Atom Enerjisi təşkilatına başlçıq edib. Salehi Beyrutdakı Amerika universitetinin özlə nüvə maşınqayırması ixtisasına yiyələnib.

 

Xatırladaq ki, avqustun 15-də ölkə parlamenti İranın yeni xarici işlər naziri vəzifəsinə Məhəmmədcavad Zərifi təsdiqləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar