Şahzadə vergidən yayınmaqda şübhəli bilinir
25 may 2013 05:24 (UTC +04:00)

Şahzadə vergidən yayınmaqda şübhəli bilinir

İspaniya məhkəməsi kral Xuan Karlosun kiçik qızı şahzadə Kristina barəsində araşdırma işlərinin başlanıldığını elan edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, vergidən yayınmaqda şübhəli bilinir.

 

İstintaqda onun həyat yoldaşı hersoq Palme-de-Mayorkskinin də adı hallanır. O, xeyriyyə təşkilatına başçılıq etdiyi müddətdə büdcə vəsaitini dağıtmaqda şübhəli bilinir.

 

Ona görə də ərinin maliyyə fəaliyyətindən şahzadənin xəbərdar olması ehtimal edilir.

 

Hersoq isə ona qarşı irəli sürülən ittihamları rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar