Gürcüstanın şərqində yerləşən Qori şəhərində prezident Mixail Saakaşvilin liderlik etdiyi keçmiş hakim partiyanın – “Vahid Milli Hərəkat”ın qərargahı qarət olunub.
APA-nın “Qruziə Online”a istinadən xəbərə görə, ofisdən televizor, videokamera və noutbuk oğurlanıb.
Polis artıq yerli sakin olan oğrunu yaxalayıb. Oğurlanmış əşyalar onun evindən tapılıb. Saxlanılan şəxs təqsirini etiraf edib.