Saakaşvilinin andiçmədə iştirakı üçün şərtləri
16 noyabr 2013 01:15 (UTC +04:00)

Saakaşvilinin andiçmədə iştirakı üçün şərtləri

Gürcüstanın fəaliyyət olan prezidenti Mixail Saakaşvili noyabrın 17-də  yeni dövlət aşçısı Georgiya Marqvelaşvilinin andiçmə mərasiminə qatılmayacaq.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, «Facebook» səhifəsində bunun belə əsaslandırıb: «Sizə yalan deyə bilmərəm, əsas müxalifətin baş katibi, mənim keçmiş baş nazirim Vano Merabişivli həbsdədir».

 

 

Onun sözlərinə əsasən, 2012-ci ilin oktyabrında parlament seçkisindən sonra hər şeyin dəyişəcəyini gözləyirmişlər : «Ancaq bir sıra layihələrin dayandırılmasını, yeni hakimiyyətin ölkə Ana Yasasına hörmət etməyəcəyini gözləmirdik».

 

O, tərəfdarlarına qarşı cinayət işinin dayandırılmasını andiçmədə iştirakının şərtlərindən biri kimi göstərib.

 

Saakaşvili administrasiyasının başçısı Andro Barnov bildirib: «Əgər noyabrın 16-da günün sonunadək hakimiyyət partiyamızın (Milli Birlik Hərəkatı) liderlərini həbsdən azad edərsə, prezident sarayını əvvəlki statusunda saxlayarsa o zaman prezident andiçmədə mütləq iştirak edəcək. Bu iddia deyil, ölkəmizin geriləməməsi üçün şərtimizdir».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1150
avatar

Oxşar yazılar