“Gürcüstanda nə qədər çox telekanal fəaliyyət göstərsə, bir o qədər xoşbəxt olaram”. APA-nın məlumatına görə, bunu “Rustavi 2”yə Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin ailəsinə məxsus “9-cu kanal”ın bağlanmasına dair xəbəri şərh edərkən deyib. O qeyd edib ki, ölkədə mövcud olan telekanaların əksəriyyəti məhz onun prezidentliyi dövründə açılıb.
“Mənim vaxtımda “9-cu kanal”, “Maestro” kimi müxalif kanallar açıldı. Bir çox regional televiziyalar, qəzetlər fəaliyyətə başladı. Mən prezident seçiləndə, Gürcüstanda cəmi üç telekanal var idi. İndi isə onların sayı onlarla ölçülür”, - deyə o vurğulayıb.
Saakaşvili qeyd edib ki, nə qədər çox telekanal olsa, ictimaiyyət bir o qədər çox informasiya əldə edə biləcək.