Saakaşvili 18 min məhbusu əfv edib
03 oktyabr 2013 06:43 (UTC +04:00)

Saakaşvili 18 min məhbusu əfv edib

Gürcüstan prezidenti Mixail Saakaşvili şərti cəza almış bütün məhkumların əfvi ilə bağlı sərəncam imzalayıb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, prezident administrasiyasının başçısı Andro Barnov oktyabrın 2-də keçirdiyi brifinqdə bildirib: «2013-cü il avqustun 19-da prezident şərti cəza almış bütün məhkumları əfv etməyə hazır olduğunu bəyan etmişdi. Bu bəyanatdan sonra bu günədək 18 mincən belə cəza almış məhkum prezidentə əfv edilmələri barədə müraciət edib. Bunun nəzərə alaraq, prezident uyğun aktı imzalayıb».

 

Onun sözlərinə əsasən, bu akt  «ağır cinayətlər törətmişlərə şamil edilməyəcək».

 

Oktyabrın 3-dən isə əfvlə bağlı prezidentin ünvanına yeni müraciətlərin qəbulu prosesi başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420
avatar

Oxşar yazılar