Suriya yerli əlaqələndirmə komitəsi özünün «Facebook» sosial şəbəkəsində Rusiyanın Dəməşqdəki səfirliyinin binasına Suriya Azadlıq Ordusunun raket atdığı haqda xəbər yayıb.
Lent.az-ın «nuysru»-ya istinadən məlumatına görə ,raket Dəməşqin mərkəzində Mazraa məhəlləsində Rusiya səfirliyinin binasına düşüb. Bundan başqa siyasi polisin binasının da atəşə tutulduğu haqda xəbər yayılıb. Ümumilikdə iki binaya 5 raket atılıb.
Qurbanlara barəsində məlumat yayılmayıb. Üç saatdan sonra faktı «əl-Ərəbiyyə» telekanalı da təsdiqləyib.
Xatırladaq ki, bu ilin aprelində Rusiyanın Dəməşqdəki səfirliyinin binası yaxınlığında 5 minaatanın mərmisi partlamışdı. Onda bir nəfər həlak olmuşdu.