Bu ilin 9 ayı ərzində Rusiyadan qovulan qeyri-leqal miqrantların sayı açıqlanıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Federal Məhkəmə İcraçıları Xidməti keçən ilin eyni dövrü ilə müqayisədə bu göstərici iki dəfə artıb.
2012-ci ilin 9 ayı ərzində Rusiyadan 9,9 min xarici ölkə vətəndaşı çıxarılıbsa, bu ilin 9 ay ərzində bu rəqəm 20,6 min nəfər olub.