Rusiyanın paytaxtı Moskvadakı Birülevo rayonunda miqrasiya qanunvericiliyini pozduqları üçün saxlanılmış əcnəbi vətəndaşların ilk qrupu oktyabrın 31-də öz ölkələrinə məcburi göndəriləcək. Lent.az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə Məhkəmə Pristavları Federal Xidmətinin (FSSP) paytaxt idarəsinin mətbuat xidmətindən bildirilib.
“Bu gün 7 nəfər məhkəmənin qərarı ilə Rusiyadan çıxarılacaq. Bu işi FSSP-nin Moskva üzrə idarəsinin əməkdaşları həyata keçirəcəklər”.
Lakin həmin şəxslərin milliyyəti açıqlanmır.
Daha öncə Biryulevodakı mənzillərdən 2 mindən çox qeyri-leqal miqrantın çıxarıldığı xəbəri yayılıb.
Biryulevodakı məlum insidentdən sonra 86 qeyri-qanuni miqrant Rusiyadan kənarlaşdırılacaq.