Rusiyanın Komi Respublikasında xilasedicilər «L-200» markalı təyyarəni axtarır.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, təyyarə meşə yanğınları ilə bağlı monitorinq aparılan zaman əlaqə yaratmaq mümkün olmayıb.
«Təyyarə İjem rayonunda havadan monitorinq aparırdı. Ancaq nəzərdə tutulmuş vaxtda o, əlaqəyə çıxmadı. Onun yeri hələ müəyyənləşdirilməyib. Axtarış aparılır»-deyə, Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.