Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin birinci rübündə bölgələrdə miqrasiya mərkəzlərinin açılmasının vacibliyini vurğulayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, parlamentlə təmsil olunmayana partiyaların təmsilçiləri ilə görüşdə qeyd edib ki, regional miqrasiya mərkəzlərinin açılmasına dair qərar qəbul olunub, ancaq yerli hakimiyyətlər buna hazır olmadığından o, gerçəkləşdirilməyib.
«2014-cü ilin birinci rübündə bu problem həll edilməlidir»- deyə, Putin əlavə edib.