Ötən gün axşam saatlarında Sankt-Peterburqun “Pionerskaya” metro stansiyası yaxınlığında avtobus dayanacağında naməlum şəxs 21 yaşlı Özbəkistan vətəndaşına bıçaqla xəsarət yetirib.
İnsidentin təfərrüatlarını aydınlaşdırmaq mümkün olub. Xəsarət almış şəxsin dostlarının bildirdiyinə görə, saat 20.00 radələrində bir nəfər yerli sakin dayanacaqda avtobusu gözləyən Özbəkistan vətəndaşına yaxınlaşaraq ondan metro jetonu istəyib. Özbək jetonun olmadığını dedikdə, həmin şəxs onun qarın nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət almış şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanlarında faktı təsdiqləyərək bildiriblər ki, cinayətkar tək olub və hücumdan dərhal sonra metro istiqamətində qaçaraq hadisə yerindən uzaqlaşıb. Cinayəti törətmiş şəxsin axtarışı davam edir.