Rusiyada azərbaycanlılarla taciklər arasında qan düşdü: onlarla yaralı
30 may 2013 11:16 (UTC +04:00)

Rusiyada azərbaycanlılarla taciklər arasında qan düşdü: onlarla yaralı

Rusiyanın Yekaterinburq  şəhərindəki 4 saylı meyvə-tərəvəz bazasında azərbaycanlılarla taciklər arasında satış yerləri üstündə kütləvi dava baş verib.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər odlu silah,  bıçaq və dəyənəklərdən istifadə ediblər. Hadisə yerinə gələn çoxlu sayda polis dava edənləri güclə sakitləşdirib.

 

Olay zamanı onlarla şəxs xəsarət alıb. İki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

 

Hazırda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2843

Oxşar yazılar