Rusiya yeni pasport rejimi tətbiq edəcək
18 aprel 2013 21:03 (UTC +04:00)

Rusiya yeni pasport rejimi tətbiq edəcək

Belorus və Qazaxıstan vətəndaşları istisna olmaqla, bütün əcnəbilər 2015-ci il yanvarın 1-dən Rusiya ərazisinə xarici pasportlarla daxil olacaq.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ölkə prezidenti Vladimir Putin açıqlama verib.

 

Rusiya Federal Miqrasiya xidmətinin başçısı Konstantin Romondanovski bu tədbiri gələn ildən həyata keçirilməsini təklif etsə də, prezident bildirib ki, yarım ilə «tərəfkeşlərimiz öz vətəndaşları üçün xarici pasportu çap edib, çatdıra bilməz».

 

İlk növbədə yeni tədbirlər Tacikistandan olan əmək mühacirlərinə tətbiq ediləcək. Onların ardınca Rusiyaya xarici pasportsuz gediş-gəliş edə bilən Ukrayna vətəndaşlarına bu şamil olunacaq.

 

Federal Mühacirlər xidmətinin direktoru ilə görüşdə Putin sərhədyanı rayonların sakinlərinin güzəştli qaydalara əməl edilməsinə də nəzarətin gücləndirilməsini istəyib.

# 1124
avatar

Oxşar yazılar