İran hakimiyyəti Kütləvi Qırğın Silahının Yayılmaması haqqında müqaviləyə de-fakto əməl etməsinə dair Rusiya prezidenti Vladimir Putinin bəyanatı ilə ABŞ razılaşmadığını bildirib.
Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, Ağ Evin mətbuat katibi Cey Karni mətbuat konfransında jurnalistin sualını cavablandırırkən bunları deyib: «Rusiya prezidentinin nə söylədiyini bilmirəm. Ancaq İran nüvə proqramının dinc məqsədli olması ilə bağlı öhdəliyini yerinə yetirməyib. Çoxsaylı dəlillər bunu təsdiqləyir».
O, əlavə edib ki, müttəfiqləri ilə birlikdə Tehranı mövqeyini dəyişməyə məcbur edəcəklər.
«İranın atom hikkəsindən əl çəkməsi və beynəlxalq ictimaiyyətin təklif etdiyi yolla getməsi üçün vaxt və hər cür vəsait var.Ancaq bu sonsuz deyil»-deyə, mətbuat katibi bildirib.
Xatırladaq ki, Putin bunları söyləyib:« Kütləvi Qırğın Silahının yayılması ilə bağlı Tehranın üzərinə götürdüyü öhdəliyi pozmasına dair dəlil-sübut ,bu sahədə İranın qaydalara əməl etməsinə mənim şübhəm yoxdur. Çünki bunun əksini təsdiqləyən sübut yoxdur. AEBA-nın sonuncu hesabatı da bunu təsdiqləyir».