Bu ilin sentyabrında «Qərb-2013» adı altında 13 minə yaxın hərbçinin iştirakı ilə Rusiya-Belorus birgə təlim keçirəcək.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, manevrdə Rusiya Silahlı qüvvələrindən 2,5 min , Belorus Respublikasından isə 10,4 min hərbçinin iştirakı gözlənilir.
Mənbənin məlumatına əsasən, 60-a yaxın vertolyot, təyyarə və 250 döyüş texnikasından manevrdə istifadə olunacağı planlaşdırılıb.