Rusiya Ermənistanda AES-nin yeni enerji blokunun tikəcək
21 noyabr 2013 23:45 (UTC +04:00)

Rusiya Ermənistanda AES-nin yeni enerji blokunun tikəcək

Rusiya və Ermənistan nüvə təhlükəsizliyi sahəsində texniki əməkdaşlıq haqqında saziş hazırlayıb.

 

Bu saziş Metsamor Atom Elektrik Stansiyasının (AES) yeni enerji bloku üzrə texniki əməkdaşlığı da nəzərdə tutur. 

 

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə,  noyabrın 21-də Ermənistan hökumətinin iclasında qeyd olunan layihəni Ermənistanın energetika naziri Armen Movsisyan təqdim edib.

 

Saziş hökumət tərəfindən hələlik qəbul edilməyib.

 

Yeni enerji blokunun tikiləcəyi tarix hələlik məlum deyil. Buna səbəb maliyyələşməyə dair tam zəmanətin olmamasıdır. Qeyd edək ki, Rusiya hələlik layihənin bir hissəsini maliyyələşdirməyə hazır olduğunu bildirib.

 

Xatırladaq ki, cari ilin sentyabrında Metsamor AES-nin fəaliyyət göstərən enerji blokunun istismar müddəti 2016-cı ildən 2026-cı ilədək uzadılıb.

 

Mənbə bildirib ki, Rusiyanın “Rosatom” şirkəti AES-in fəaliyyətini 2026-cı ilədək davam etdirilməsi  üçün texniki dəstək göstərəcək. Rusiya bu məqsədlə Ermənistana məbləği yaxın 2-3 ay ərzində müəyyən ediləcək güzəştli kredit ayırmaq niyyətindədir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar