ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin fərrarilikdə ittiham olunan keçmiş əməkdaşı Edvard Snouden Rusiyanın keçmiş casusu Anna Çapmanın evlilik təklifini qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,
2010-cu ildə ABŞ-dan qovulan rusiyalı casus Çapman iyulun 4-də dünən «Tweeter» səhifəsində Snoudenə müraciət edərək, ona evlənməyi təklif edib.
Snouden isə iyulun 5-də özünün «Tweeter» səhifəsində Çapmanla məmnuniyyətlə evlənə biləcəyini yazıb.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmirtm Peskov bildirib ki, Çapmanın evlilik təklifində ciddi olub-olmaması ona məlum deyil.
Edvard Snouden iki həftədən çoxdur Moskvanın Şeremetova hava limanının tranzit bölməsindən çıxa bilmir. O, Honkonqdan Ekvadora uçarkən ABŞ hakimiyyəti onun pasportunu ləğv edib, buna görə hava limanında qalıb.
Moskva onu Vaşinqtona tghvil verməkdən imtina edir.
ABŞ-a verilməkdən canını qurtarmağa çalışan keçmiş kəşfiyyatçı 20-ə yaxın ölkədən siyasi sığınacaq xahişi edib.
Fransa, İtaliya ona sığınacaq verməyəcəyini bildirib.