Rusiya Britaniyaya etiraz edib
07 may 2013 02:49 (UTC +04:00)

Rusiya Britaniyaya etiraz edib

 

 

Rusiyanın Xarici İşlər Nazirliyi Britaniya XİN-in Çeçenistan, Dağıstan və ölkənin bir sıra bölgələrinə vətəndaşlarının getməsini məsləhət görməməsindən hiddətlənib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurum məsələ ilə bağlı yaydığı bəyanatda bildirilib ki, Britaniyanın Xarici İşlər Nazirliyi həmin bölgələrdə dəyşikliklə bağlı heç bir əsaslı fakt göstərməyib.

 

«Terror təhlükəsinə  gəldikdə isə bu, Britaniya ərazisində də kifayət qədər yüksəkdir»-deyə, bəyanatda vurğulanıb.

 

Xatırladaq ki, Çeçenistanın başçısı Ramazan Kadırov, Britaniya XİN öz vətəndaşlarına xəbərdarlığından sonra oxşar münasibət bildirmişdi: «Çeçenistanda Britaniyadan da əmin-amanlıqdır».

 

Rusiyanın bu ölkədəki diplomatik təmsilçiliyi İngiltərə XİN-ə bununla bağlı izahatdan ötrü sorğu  göndərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar