Rusiya ABŞ-ın sübutlarını inandırıcı saymadı
02 sentyabr 2013 15:03 (UTC +04:00)

Rusiya ABŞ-ın sübutlarını inandırıcı saymadı

“Amerikalıların Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair Rusiyaya təqdim etdikləri məlumatlar konkret heç nəyi ifadə etmir”.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Sergey Lavrov deyib ki, amerikalıların hesabatında nə coğrafi xəritə, nə ad, nə də digər konkret məlumatlar yoxdur: “Sənədlə bağlı bir çox şübhələr var. Sənəddə fakt yoxdur və bu, bizi inandırmır. Qərb dövlətləri konkret sübutlar təqdim etməkdən imtina edir. Biz isə bunun səbəbini soruşanda deyirlər ki, məxfi olduğu üçün açıqlaya bilmərik. Deməli, Suriyada kimyəvi silahın tətbiq olunduğuna dair hər hansı fakt yoxdur”.

Rusiya xarici işlər naziri Qərb dövlətlərini Yaxın Şərq və Şimali Afrikada ikili standartlarla çıxış etməkdə günahlandırıb: “Konkret məqamlar var, əgər hər hansı avtoritar liderdən zəhlələri gedirsə, onu güc yolu ilə devirməyi zəruri sayırlar. Başqa bir avtoritar liderdən zəhlələri getmirsə, həmin avtoritar lider onların yardımçısıdırsa, həmin avtoritar lider barədə ümumiyyətlə, danışmırlar”.

Qeyd edək ki, dünən ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Vaşinqton Rusiyaya Suriya hakimiyyətinin öz vətəndaşlarına qarşı kimyəvi silah tətbiq etdiyinə dair sübutlar təqdim edib, ancaq Moskva həmin sübutlara inanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar