Rusiyanın «OTR» İctimai Tele-Radio kanalının büdcə vəsaiti qurtarıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda telekanalın baş direktoru Anatoli Lısenko məlumat verib.
«Hazırda bizim büdcə tam tükənib. Necə olacağını bilmirəm» -deyə, o, söyləyib.
Baş direktorun sözlərinə əsasən, telekanalın ianələr hesabına maliyyələşdirilməsi cəhdi uğursuz nəticələnib. İki aya cəmi 50 min rubl (bir dollar 32 rubldur) ianə toplanıb.
«OTR» dövlət büdcədən maliyyələşdirilir. Ona 1,5 milyard rubl ayrılıb. Həmin maliyyə vəsaiti sentyabradək çatmalı imiş.