Rusiya ilə NATO 2013-cü ilin payızında Qara dənizdə bir hərbi təlimlər keçirməyi planlaşdırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu Rusiyanın NATO yanındakı daimi təmsilçisi Aleksandr Qruşko deyib.
«Rusiya –NATO bayrağı altında daha iri hərbi təlimə gəldikdə isə bu ilin payıında Qara dənizdə birgə hərbi manevrin keçirilməsi planlaşdırılıb. Bu hava məkanında əməkdaşlıq təşəbbüsü çərçivəsində gerçəkləşdiriləcək» -deyə, o, vurğulayıb.
Bir müddət öncə «terrorçular tərəfindən ələ keçirilmiş yerdəki əmrlərə cavab verməyən» şübhəli təyyarələrin aşkarlanması sistemi yaradılıb. Layihə Rusiya-NATO şurası tərəfindən gerçəkləşdirilir.
«Bu sistem bizə terrorçuların təhlükəsindən qorunmaqda yardım edəcək»-deyə, daimi təmsilçi bildirib.