Serbiyada saxlanılan, Rusiyada hay-küylü cinayətlərdə adı hallanan rus faşisti İlya Qoryaçevin noyabrın 7-də ölkəsinə təhvil veriləcəyi gözlənilir.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onun Rusiya hüquq-mühafizə orqanlarına yaxın günlərdə təhvil veriləcəyi və təyyarə ilə Moskvaya göndəriləcəyi haqda qərar qəbul edilib.
Qoryaçevin serb vəkili isə deyib ki, ekstradisiya ilə bağlı hələlik rəsmi məlumat almayıblar.
O, bu il m ayın 8-də Rusiya Baş Prokurorluğunun istəyi ilə Serbiyada saxlanılıb və indiyədək həbsdədir.
İ.Qoryaçevin adı bir sıra qətllərdə, o cümlədən Moskva şəhər məhkəməsinin hakimi Eduard Çuvaşov və vəkil Stanislav Markelovun ölümündə hallanır.