Riqada ticarət mərkəzi uçub: 4 nəfər həlak olub
22 noyabr 2013 00:14 (UTC +04:00)

Riqada ticarət mərkəzi uçub: 4 nəfər həlak olub

Latviyanın paytaxtı Riqada «Maxsima» ticarət mərkəzinin dam örtüyünün çökməsi nəticəsində 4 nəfər həlak olub. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bir neçə nəfər xəsarət alıb.

 

Mənbə bildirib ki,uçan yer 500 kvadrat metrlik sahəni əhatə edib. Dağıntı altından 15 nəfər xilas edilsə də, orada daha onlarla insanın qaldığı bildirilib.

 

Şəhər meri Nil Uşakovun sözlərinə əsasən, dağıntı altında 70-yə yaxın insan qalıb.

Olayın başvermə səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar