İsrail polisi ilə Qüdsdə ortodoksal yəhudilərlə qadınlar arasında qarşıdurma yaranıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, zərif cinsin təmsilçiləri müqəddəs «Ağlayan Divar»-ın ziyarəti edərkən, radikal yəhudilər onların həmin əraziyə gəlməsinə etiraz ediblər.
Yerli polis bildirib ki, qadınlara və asayiş keşikçilərinə yanar şüşə butılka,stul və başqa sərt əşyalar tullanaya 3 kişi həbs olunub.
Xatırladaq ki, yəhudi qadınlara «Ağlayan Divarı» ziyarət etmək yasağı çoxdan ləğv edilib. Məhkəmə onlara ənənəvi yaylıq bağlayaraq, müqəddəs dua etməyə icazə verən qərar çıxarıb.
2003-cü ildə dua etmək üçün istifadə olunan yaylıq qadınlara yasaq edilmişdi. Bəzi radikal yəhudilər hesab edir ki, bu örtüklərdən yalnız kişilər istifadə edə bilər.
2000-ci ilin əvvəllərinədək «Ağlayan Divarı» ziyarət etmək istəyən qadınlar həbs olunurdu.