Qvatemalının keçmiş prezidenti ABŞ-a təhvil verilib
25 may 2013 07:34 (UTC +04:00)

Qvatemalının keçmiş prezidenti ABŞ-a təhvil verilib

Qvatemalanın keçmiş prezidenti Alfonso Portilyo ABŞ-a təhvil verilib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, 2000-2004-cü illərdə  72 milyon dollar «çirkli pulların yuyulması»nda  ittihamı olunur.

 

Portilyo uzun müddət ona qarşı irəli sürülən ittihamları rədd edir, məhkəmənin dəlilinin olmadığını bildirirdi.

 

Yerli radionun məlumatına əsasən, keçmiş prezident jurnalistlərə deyib ki, Nyu-Yorka uçan təyyarəyə minərkən onu «qaçırıblar».

 

Son bir neçə həftə ərzində Portilyo Qvatemala hərbi hospitalında saxlanılıb. O, son anadək təhvil veriləcəyinə inanmırmış.

 

2000-2004-cü illərdə prezidentlik müddəti bitəndən sonra o,

Meksikaya gedib. Ancaq Meksika hökuməti onu təhvil verib. 2008-ci ildə Qvatemalaya qayıdan Portilyo xəzinə oğurluğu ittihamı ilə həbs olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Oxşar yazılar