Ağ ev Quantanamo həbsxanasında baş verənləri diqqətlə izlədiyini bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, orada aclıq edənlərini sayı 30 nəfərədək çoxalıb. Həbsxanada isə cəmi 166 məhbus olduğu bildirilir.
Etiraz aksiyasının bəzi üzvlərini borucuqvasitəsi ilə qarışıq yemək verirlər.
Aclıq aksiyası bu ilin fevralında başlayıb. Bu müddət ərzində onun baş vermə səbəbi barədə dəqiq məlumat yoxdur. Hüquq müdafiəçiləri hesab edir ki, məhbuslar barələrindəki cinayət işinin yenidən araşdırılmasını gözləməkdən bezdikləri üçün bu aksiyaya əl atıblar.
Qeyd edək ki, bu həbsxana Kubada, ABŞ Hərbi Dəniz Donanmasının bazasında yerləşir.