Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixali Qorbaçov Moskvadakı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Lent.az-ın Rusiya informasiya vasitələrinə istinadən məlumatına görə, Sovet və Rusiya siyasi xadimlər fondu bildirib ki, diabet olduğu üçün o, ənənənvi müayinə üçün xəstəxana gedib.
Fondu mətbuat xidmətindən başqa bir xəbər deyiblər: «Onun xəsətəxanaya yerləşdirilməsi haqda məlumat yayılsa da, bu, gerçəkliyə uyğun deyil».
Fondun mətbuat xidmətinin katibi Vladimir Polyakovun sözlərinə görə, 82 yaşlı siyasətçi tibbi müayinədən keçir.
Qorbaçovun 2012-ci ilin mayında keçdiyi müayinə də informasiya vasitələrində səs-küyə səbəb olmuşdu. Onda İnternet şəbəkəli onun öldüyü xəbəri yaymışdı. Sonradan Qorbaçov özü bu xəbəri ironiya ilə təkzib etmişdi.
2006-cı ilin payızında Nobel mükafatı verilmiş bu siyasətçi 1990-cı ildə Almaniyada yuxu arteriyasından cərrahiyyə əməliyyatı olunmuşdu. O vaxtadək Qorbaçovun səhhətində ciddi problem yaranmayıb.