Qızıl Xaç Əfqanıstanda işini dayandırıb
31 may 2013 04:03 (UTC +04:00)

Qızıl Xaç Əfqanıstanda işini dayandırıb

Beynəlxalq Qızıl Xaç Komitəsi mayın 30-da Əfqanıstanda fəaliyyətini dayandırıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, mayın 29-da komitənin binasına edilən basqın  buna səbəb göstərilib.

 

Xatırladaq ki, ötən gün Əfqanıstanın Cəlalabad şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin istifadə etdiyi qonaq evinə hücum edilib. Əvvəlcə terrorçu-intiharçı ofisin yaxınlığında özünü partladıb. Onun ardınca binada yanğın baş verib

 

1987-ci ildən Əfqanıstanda fəaliyyət göstərən qurum obyektlərinin işini indiyə kimi dayandırmayıb.

 

«Əfqanıstandakı bütün fəaliyyətimizi dayandırırıq, Cəlalabaddakı ofisimiz bağlıdır»-deyə, komitə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

Oxşar yazılar