Qış Olimpiadasının paytaxtında 16 nəfər xəsarət aldı
15 fevral 2018 07:22 (UTC +04:00)

Qış Olimpiadasının paytaxtında 16 nəfər xəsarət aldı

Qış Olimpiya Oyunlarının paytaxtı Pxençxanda güclü külək nəticəsində 16 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu  barədə Oyunların təşkilat komitəsinin nümayəndəsi Son Pek Yu bildirib.

 

“İndiyədək 16 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 13-ü bizim əməkdaşlarımız, 3-ü isə tamaşaçılardır. Xəsarət alanlar ambulator yardım göstərildikdən sonra evə buraxılıblar", deyə Son Pek Yu qeyd edib.

 

Şiddətli külək səbəbindən Pxençxandakı Olimpiya parkı müvəqqəti olaraq bağlanıb, bir sıra yarışlar təxirə salınıb.

 

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar