Qırğızıstanın prezidenti Almazbəy Atambəyovun Cənubi Koreyaya rəsmi səfəri başa çatıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ona Koreya milli əlbəyaxa döyüş növü thekvondo üzrə 9-cu dan kəməri verilib.
Məlumatda bildirilib ki, A,Atambəyov Seulda yerləşən Beynəlxalq Thekvondo Akademiyasında olub. Kəməri və uyğun sənədi də ona orada təqdim ediblər.
Dünya liderləri arasında bu döyüş növü üzrə 9-cu dan dərəcəsinə layiq görülən bir neçə nəfər var - ABŞ, İndoneziya, Honduras, İspaniya, Xorvatiya, Pakistan. Bu il noyabrın 13-də isə Rusiya prezidenti Vladimir Putinə bu kəmər verilib.