Qazaxıstanın qərbində Aktobə beynəlxalq hava limanında Hava Hücumundan Müdafiə Qüvvələri Hərbi İnstitunun təyyarəsi qəzaya uğrayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yerli KİV bildirib ki, hava limanında «L-39» təlim təyyarəsinin qəzaya uğraması nəticəsində institutun kursantı və təlimçi həlak olub.