Noyabrın 2-də gecə saatlarında qara dənizdə Sevastopoldan 18 km aralı «ANT-2» bərəsinin kapitanı gəmidə yanğınla bağlı «SOS» siqnalı verib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Ukraynan Fövqəladə Hallar Dövlət Xidməti bildirib ki, gəminin göyərtəsində 102 nəfər var.
Sərnişinlərin köçürülməsi üçün «Nikolayev» yaxtası və xilasedici-axtarış «PRK-4» kateri olay yernə yollanıb.
Mənbə bildirib ki, gəmi Xerson vilayətinin Skadovsk şəhərindən Türkiyə bayrağı altında Moldovaya üzürmüş.
Gəmidə 68 yük avtomobilinin olduğu da bildirilir.