Misir paytaxtı Qahirədə keçirilən cümə namazı İsrailə qarşı nümayişə çevrilib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, aksiya iştirakçıları «Xalq İsrailin məhvini tələb edir!» şüarını söyləyiblər.
«Fox News» telekanalı bildirib ki, İsrailə qarşı çıxışları «Müsəlman qardaşları» hərəkatı təşkil edib.
Məscidində cümə namazı başa çatandan sonra «əl-Əzhər»-ın liderləri bildirib ki, küçələrə çıxıbı, Qüds müftisi Məhəmməd Hüseynin İsrail polisi tərəfindən saxlanılmasına etiraz etsinlər. Bu çağırışı dəstəklənib və minlərlə insan şəhər küçələrinə çıxaraq, anti-İsrail şüarı söyləyiblər.
Qüdsün müftisi bu il mayın 8-də Ehram dağlarında iğtişaşa yaratmaqda şübhəli bilinərək, saxlanılıb